İlon Mask Vergi Xidmətinə öz adamını keçirmək istəyir?

Ötən həftə ABŞ Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask, eləcə də ABŞ maliyyə naziri Skott Bessent arasında Ağ Evdə ciddi söz atışması baş verib. Bu barədə Axios portalı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, onların Vergi Xidmətinin gələcək rəhbəri ilə bağlı mübahisəsi ABŞ prezidenti Donald Tramp və digər yüksək vəzifəli şəxslərin də iştirak etdiyi görüşdə yaşanıb.
İnsayderlərin bildirdiyinə görə, mübahisə o qədər gərgin olub ki, yardımçılardan biri müdaxilə etməsəydi, məsələ fiziki qarşıdurmaya çevrilə bilərdi. Hadisənin şahidlərindən biri bu vəziyyəti istehzalı şəkildə belə ifadə edib: “İki orta yaşlı milyarder sanki güləş şousu nümayiş etdirirdi.”
Mask ilə Bessent arasında münasibətlərin əvvəlcədən də gərgin olduğu qeyd olunur. Bu, DOGE rəhbəri Howard Latnikin vaxtilə Maliyyə Nazirliyinə namizəd irəli sürməsi zamanı başlayıb. Lakin Latnik yalnız öz adamını Ticarət Nazirliyinin başına keçirə bilmişdi. Son qalmaqal isə Maskın Bessentin arxasından öz tərəfdarını Vergi Xidmətinin rəhbəri postuna irəli sürdüyü haqda yayılan şayiələrlə alovlanıb.
Nəticədə tərəflər bir-birini səmərəsiz idarəetmədə ittiham edib. Hər iki tərəfin nümayəndələri söz atışmasını təsdiqləsələr də, detalları açıqlamaqdan imtina ediblər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 11:00
Atasının ölümündən sonra ağır sınaq: Filip Kirkorov doğma evini itirə bilər
Cəmiyyət
Bu gün, 10:59
Ötən həftənin xronikası VİDE0
Hadisə
Bu gün, 10:11
FHN “Kəndli yarmarkası”nın fəaliyyətini yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə dayandırdı
Dünya
Bu gün, 09:00
Ukrayna Putinin atəşkəs təklifini rədd edib
Populyar Xəbərlər
Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO
Səssiz Dünya, Səssiz Güc – Baxışlarla Anlaşan Qəlblər
Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO
Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc
Papa Fransiskin ölümündən əvvəl Məryəm Ana heykəli qan damlatdı - FOTO