Dünən, 16:30 0 Dünya

ABŞ Müdafiə Nazirindən Şok Addım – hərbi sirrlər ailə qrupunda paylaşılıb

ABŞ Müdafiə Nazirindən Şok Addım – hərbi sirrlər ailə qrupunda paylaşılıb
New York Times yazır ki, ABŞ-ın müdafiə naziri Pit Hegset, Yəməndə husilərə qarşı planlaşdırılan hərbi əməliyyatın ətraflı detallarını Signal adlı mesajlaşma proqramında özünün yaratdığı qapalı söhbət qrupunda bölüşüb.

“Ulusum”.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qrupun üzvləri isə onun arvadı, şəxsi vəkili və qardaşı olub.

15 mart tarixində baş tutmalı olan əməliyyatla bağlı F/A-18 Hornet qırıcı təyyarələrinin uçuş qrafiki və hücum planları bu qrupda yazılıb.

CNN mənbələrinin verdiyi məlumata görə, bu qrup Hegsetin vəzifəyə təsdiqlənməsi zamanı, yaxın çevrəsi ilə strategiya qurmaq üçün yaradılıb.

Ancaq bu şəxslərin heç birinin hərbi əməliyyatın operativ detallarına çıxışı olmamalıydı, bu isə ABŞ müdafiə rəhbərinin təhlükəsizlik protokollarını kobud şəkildə pozduğu deməkdir.

Sızmalar Bitmir...

Washington Post isə əlavə edir ki, ABŞ hökumətinin 11.200-dən çox əməkdaşı təsadüfən məxfi sənədlərə çıxış əldə edib – o cümlədən Ağ Evin planları da daxil olmaqla. Səbəb isə Google Drive faylının səhvən ümumi istifadəyə açılmasıdır.

Bu hadisələr, həm Tramp, həm də Bayden administrasiyalarında məxfi məlumatların qorunmasında ciddi boşluqların olduğunu göstərir.

Və bir detal daha:

The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq bildirib ki, mart ayında təsadüfən həmin Signal qrupuna düşüb və orada Hegsetin vice-prezident Cey Di Vens, Milli Təhlükəsizlik müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio ilə hücum planlarını müzakirə etdiyinin şahidi olub.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: