Niyə "ayaq üstə ayaq" oturmaq olmaz?

"Ayaq üstə ayaq" (ayağı bir-birinin üstünə qoyaraq) oturma vərdişi zamanla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər və bir sıra xəstəliklərə yol aça bilər. Bu barədə "SM-Klinika"nın terapevti Mariya Tolstova Gazeta.Ru saytına verdiyi müsahibədə xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, bu oturma tərzi onurğanın çanaq sümüklərinə nisbətən mövqeyinin dəyişməsinə gətirib çıxarır, bu da bel əzələlərinə əlavə yük düşməsinə səbəb olur. Nəticədə bel ağrıları yarana, skolioz güclənə, fəqərəarası disk problemləri pisləşə, fəqərəarası herniya və protruziyalar əmələ gələ və inkişaf edə bilər.
Tolstova əlavə edib ki, uzun müddət "ayaq üstə ayaq" pozasında oturmaq ayaqlarda venoz qan dövranını pisləşdirir, qan durğunlaşır və aşağı ətrafların qan təchizatı pozulur. Bu isə ödemlərə, uyuşmalara və aşağı ətraflarda ağrılara səbəb ola bilər. Nəticədə varikoz xəstəliyi və aşağı ətraf venalarının trombozu kimi xəstəliklər inkişaf edə bilər.
Bundan başqa, onun sözlərinə görə, kiçik çanaq orqanlarının qan dövranı da pozulur ki, bu da qadınlarda ginekoloji problemlərin və reproduktiv funksiyanın zəifləməsinin yaranmasına yol açır. Kişilərdə isə kiçik çanaq orqanlarının qan dövranının pozulması reproduktiv problemlərə və prostat xəstəliklərinin riskinin artmasına səbəb ola bilər.
Həmçinin, bu pozada oturmaq diz və bud oynaqlarına olan travmatik yükü dəfələrlə artırır. Uzun müddət belə oturma nəticəsində qan dövranının pozulması səbəbindən fibular sinirin zədələnməsi mümkündür. Bu, ayaqlarda iynə batması, uyuşma, ayaq və ayaq barmaqlarında ağrı və əzələ zəifliyinə səbəb ola bilər.
Sağlamlığı qorumaq və bu problemlərin qarşısını almaq üçün həkim iş və istirahət rejiminə əməl etməyi tövsiyə edir. Oturaq işlə məşğul olanlar və uzun müddət masanın arxasında olanlar hər 15-30 dəqiqədən bir qısa fasilə verməli, ayaq, bel və boyun əzələlərinin yüngül gərmə hərəkətlərini etməlidirlər. Rahat və effektiv iş mühiti yaratmaq, masa və kreslonun hündürlüyünü düzgün tənzimləmək, kompüterin yerləşməsini optimallaşdırmaq, iş yerinin və otağın işıqlandırmasını tənzimləmək çox vacibdir.
Ulusum.az

"Tez-tez və uzun müddət 'ayaq üstə ayaq' pozasında oturmaq arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır, bu isə ürək-damar sisteminə əlavə yük düşür və nəticədə ürək-damar xəstəliklərinin inkişaf riskini artırır," – deyə terapevt bildirib.
Həmçinin, bu pozada oturmaq diz və bud oynaqlarına olan travmatik yükü dəfələrlə artırır. Uzun müddət belə oturma nəticəsində qan dövranının pozulması səbəbindən fibular sinirin zədələnməsi mümkündür. Bu, ayaqlarda iynə batması, uyuşma, ayaq və ayaq barmaqlarında ağrı və əzələ zəifliyinə səbəb ola bilər.
Sağlamlığı qorumaq və bu problemlərin qarşısını almaq üçün həkim iş və istirahət rejiminə əməl etməyi tövsiyə edir. Oturaq işlə məşğul olanlar və uzun müddət masanın arxasında olanlar hər 15-30 dəqiqədən bir qısa fasilə verməli, ayaq, bel və boyun əzələlərinin yüngül gərmə hərəkətlərini etməlidirlər. Rahat və effektiv iş mühiti yaratmaq, masa və kreslonun hündürlüyünü düzgün tənzimləmək, kompüterin yerləşməsini optimallaşdırmaq, iş yerinin və otağın işıqlandırmasını tənzimləmək çox vacibdir.
"Hər gün kiçik məşq kompleksi etmək məsləhətdir: səhər gərmə hərəkətləri, axşam isə rahatlama üçün; gündəlik daha çox hərəkət etmək, təmiz havada gəzintiyə diqqət yetirmək; orqanizmdə ən kiçik problemlərə vaxtında diqqət yetirmək və profilaktik məqsədlə müntəzəm həkim müayinələrindən keçmək," – deyə Tolstova əlavə edib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:30
Rusiya ordusu Ukraynanın dəmir yolu obyektlərini hədəfə aldı: İtkilər var - VİDEO
Cəmiyyət
Bu gün, 16:12
“Bilik Karvanı” aksiyasına rəsmi start verildi
Hadisə
Bu gün, 16:09
İnterpol onu axtarırdı – Azərbaycanda yaxalandı
Sağlamlıq
Bu gün, 16:00
Niyə "ayaq üstə ayaq" oturmaq olmaz?
Mədəniyyət
Bu gün, 15:00
Azərbaycan animasiyası beynəlxalq səhnədə
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri