Keyt Middltonun vəziyyəti narahatlıq doğurur – sürətlə çəki itirir

Uels şahzadəsi Keyt Middlton sürətlə çəki itirməyə başlayıb. Bu barədə Radar Online nəşri adının açıqlanmasını istəməyən bir mənbəyə istinadla məlumat yayıb.
Keyt Middltonun müalicəsində iştirak etməyən həkim Qeyb Mirkin jurnalistlərlə söhbətində bildirib ki, şahzadə hazırda təxminən 40 kiloqram çəkiyə malikdir, halbuki onun boyu 175 santimetrdir. Həkimin fikrincə, belə kəskin arıqlama kimyaterapiyanın özü, pis vəziyyətə görə düzgün qidalanmamaq, yaxud xərçəng müalicəsinin uğursuz keçməsi ilə əlaqəli ola bilər.
2024-cü ilin 22 mart tarixində şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton profilaktik kimyaterapiyanın ilkin mərhələsindən keçdiyini açıqlamışdı. O bildirmişdi ki, xərçəng, qarın boşluğunda keçirilmiş əməliyyatdan sonra aparılan testlər zamanı aşkarlanıb.
9 sentyabr tarixində Keyt Middlton müalicə kursunu tamamladığını elan edib. O bildirib ki, son doqquz ay onun üçün inanılmaz dərəcədə çətin keçib. Hazırda isə şahzadə diqqətini remissiyanın (xəstəliyin geri qayıtmaması) mümkün qədər uzun çəkməsinə yönəldib.
Ulusum.az
“Keyt olduqca arıqlayıb və insanlar narahatdırlar ki, bu ya xərçəng müalicəsindən sonra onun çətinliklə sağalmasının, ya da daha pis halda, xəstəliyin təkrarlandığının əlamətidir. O, çox şeylər yaşayıb və kral ailəsinin yanında olub dəstək vermək istəyir, amma aydındır ki, halı yaxşı deyil. Şayiələr gəzir ki, Keyt çox çətin bir dövr keçirir: iştahı yoxdur və bu səbəbdən sürətlə çəki itirir. O, tükənmiş vəziyyətdədir, əzələləri demək olar ki, itib,” – deyə mənbə bildirib.
Keyt Middltonun müalicəsində iştirak etməyən həkim Qeyb Mirkin jurnalistlərlə söhbətində bildirib ki, şahzadə hazırda təxminən 40 kiloqram çəkiyə malikdir, halbuki onun boyu 175 santimetrdir. Həkimin fikrincə, belə kəskin arıqlama kimyaterapiyanın özü, pis vəziyyətə görə düzgün qidalanmamaq, yaxud xərçəng müalicəsinin uğursuz keçməsi ilə əlaqəli ola bilər.
2024-cü ilin 22 mart tarixində şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton profilaktik kimyaterapiyanın ilkin mərhələsindən keçdiyini açıqlamışdı. O bildirmişdi ki, xərçəng, qarın boşluğunda keçirilmiş əməliyyatdan sonra aparılan testlər zamanı aşkarlanıb.
9 sentyabr tarixində Keyt Middlton müalicə kursunu tamamladığını elan edib. O bildirib ki, son doqquz ay onun üçün inanılmaz dərəcədə çətin keçib. Hazırda isə şahzadə diqqətini remissiyanın (xəstəliyin geri qayıtmaması) mümkün qədər uzun çəkməsinə yönəldib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Kişinyov məhkəməsi Yevgeniya Qutsulu həbs etdi
Dünya
Bu gün, 17:30
Rusiya ordusu Ukraynanın dəmir yolu obyektlərini hədəfə aldı: İtkilər var - VİDEO
Cəmiyyət
Bu gün, 16:12
“Bilik Karvanı” aksiyasına rəsmi start verildi
Hadisə
Bu gün, 16:09
İnterpol onu axtarırdı – Azərbaycanda yaxalandı
Sağlamlıq
Bu gün, 16:00
Niyə "ayaq üstə ayaq" oturmaq olmaz?
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri