Bu gün, 20:00 0 Hadisə / Dünya

Koloradoda dəhşətli dələduzluq: Meyitləri saxlayıb, beton tozu göndərdi

Koloradoda dəhşətli dələduzluq: Meyitləri saxlayıb, beton tozu göndərdi
ABŞ-da bir dəfn bürosunun sahibi dələduzluqda ittiham olunub: Qadın, vəfat edənlərin yaxınlarına doğmalarının külü əvəzinə quru beton göndərib.

Bu barədə NBC News məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, Kolorado ştatının sakini Keri Hollford, 2019–2023-cü illər ərzində idarə etdiyi “Return to Nature” (Təbiətə Qayıdış) adlı dəfn agentliyində 200 nəfəri aldadıb. O, mərhumların yaxınlarından kremasiya üçün ödənilən pullardan təxminən 130 min dollar mənimsəyib.

Bundan əlavə, Hollford pandemiya dövründə kiçik bizneslərə göstərilən dəstək proqramı çərçivəsində hakimiyyətdən 900 min dollar da alıb. Lakin qadın bu pulları təyinatı üzrə istifadə etməyib – meyitləri kremasiya etməyib, əksinə, onları uzun müddət istifadəsiz qalmış bir binada, otaq temperaturunda saxlayıb.

Qadını 20 ilədək həbs cəzası gözləyir. Cinayət işində onun həyat yoldaşı da şərik kimi keçir.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: