Bu gün, 16:30 0 Dünya

Trampın yeni ultimatum addımı onu "diplomatik tələyə" saldı

Trampın yeni ultimatum addımı onu "diplomatik tələyə" saldı
ABŞ lideri Donald Tramp Ukrayna böhranının nizamlanması üçün vaxtı 50 gündən 10 günə kəskin şəkildə qısaldaraq özü üçün problem yaratdı. Bu barədə Fransanın Rusiyadakı keçmiş səfiri Silvi Berman LCI telekanalına verdiyi açıqlamada bildirib. O, 2017–2019-cu illərdə Fransanın Moskvadakı diplomatik missiyasına rəhbərlik edib.

Diplomatın fikrincə, bu addım ABŞ-ın kompromis axtarışları üçün imkanlarını məhdudlaşdırıb və Trampı çətin vəziyyətə salıb.

Bermanın sözlərinə görə, indi Tramp öz "imicini qorumağa" imkan verəcək bir həll yolu tapmağa məcburdur. Buna 6 avqustda ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun təcili olaraq Moskvaya göndərilməsi də işarə edir.

"Tramp özünü tələyə saldı – yeni, daha qısa bir müddət müəyyənləşdirdi, özü üçün real alternativləri düşünmək imkanı belə saxlamadı," – deyə diplomat vurğulayıb.


Qeyd edək ki, hələ 14 iyulda Tramp Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiya əleyhinə 100 faiz rüsumlar tətbiq edəcəyi ilə hədələyirdi. Lakin 29 iyulda o, bu müddəti gözlənilmədən 10 günə endirdi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: