Demensiya riski artır – gündəlik qidalar təhlükə mənbəyidir
Mağazalarda təqdim olunan məhsulların təxminən 80–90%-i insan sağlamlığı üçün potensial təhlükəlidir və demensiyanın (ağıl zəifləməsinin) inkişafına səbəb ola bilər. Bu barədə dietoloq həkim Anton Polyakov aif.ru saytına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əsas təhlükəni fruktoza, saxaroza (şəkər), trans yağlar və çoxsaylı qida əlavələri olan məhsullar təşkil edir. Bu kateqoriyaya demək olar ki, bütün şirniyyatlar – peçenye, tortlar, pirojnalar, həmçinin dondurmaların böyük hissəsi daxildir. Polyakov qeyd edib ki, bu məhsullarda olan hidrogenləşdirilmiş trans yağlar hüceyrə membranlarına daxil olaraq, onların siqnal molekulları ilə normal qarşılıqlı təsirini pozur.
Dietoloq həmçinin Omeqa-6 və doymuş heyvan yağları ilə zəngin olan məhsullara da diqqət çəkib – onun sözlərinə görə, bu maddələrin həddindən artıq miqdarı orqanizmi yükləyə bilər. Bundan əlavə, süni qida əlavələri də orqanizmə zərər verə bilər – onlar iltihab proseslərinə, allergik reaksiyalara və damar zədələnmələrinə səbəb ola bilir.
Polyakov əlavə edib ki, demensiyanın inkişafına aparan ən sadə yollarından biri də müntəzəm olaraq sənaye üsulu ilə hazırlanmış qidaların, o cümlədən fastrudun istehlakıdır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama