Putin Haaqa məhkəməsi ilə üzləşə bilər, amma bir nüans var

Haaqa tribunalı hələlik Vladimir Putini Rusiya prezidenti olduğu müddətdə mühakimə etməyə hazırlaşmır.
“Ulusum”.az xəbər verir ki, “Euronews”un avropalı mənbələrə istinadən yaydığı məlumata görə, məhkəmə yalnız Putin hakimiyyətdən getdikdən sonra keçirilə bilər — özü də qiyabi yox, onun fiziki iştirakı ilə.
Eyni qayda baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrova da aiddir. Mənbələrin bildirdiyinə görə, tribunal Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı yalnız bir şərtlə hərəkətə keçəcək: onlar məhkəmə zalında şəxsən iştirak etməlidirlər. Əks halda, proses başlamayacaq.
Bu isə o deməkdir ki, əgər Moskva rəhbərliyi dəyişməsə və ya bu şəxslər könüllü şəkildə Haaqa gəlməsələr, ədalət sadəcə kağız üzərində qalacaq. Mövcud şəraitdə isə bu ssenari olduqca qeyri-real görünür. Qısacası, beynəlxalq ədalət prinsipi siyasi reallıqlarla toqquşur – və hələlik siyasət üstün gəlir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO