BMCMİ Bakıda və rayonlarda xüsusi əməliyyat keçirdi - VİDEO

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Ulusum.az xəbər verir ki, tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Baş idarənin əməkdaşları tərəfindən qeyd edilən hüquqazidd əməllərə yol verən digər şəxslərin də dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:49
DİM bu gün əlavə imtahanlar keçirəcək
İqtisadiyyat
Bu gün, 11:00
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Dünya
Dünən, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Dünən, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO