Bu gün, 10:00 0 Dünya

Britaniya sığınacaq ala bilməyənləri deportasiya edə bilər

Britaniya sığınacaq ala bilməyənləri deportasiya edə bilər
Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün keçmiş hərbi bazalardan istifadə etməyi nəzərdə tutur. Bu barədə The Daily Telegraph məlumat yayıb.

Nəşrin yazdığına görə, miqrantların hərbi bazalarda yerləşdirilməsinin əsas məqsədi onların otellərdə saxlanılmasına çəkilən xərcləri azaltmaqdır. Qaçqınların yaşayış xərcləri yerli əhali arasında narazılıq doğurub.

Miqrantların London yaxınlığındakı Esseks və Kent qraflıqlarında yerləşdirilməsi planlaşdırılır. Bu məkanlar əvvəlki hökumət dövründə də hazırlanmışdı.

Mart ayında The Times yazmışdı ki, Britaniya sığınacaq müraciəti rədd olunan miqrantların Balkan ölkələrinə deportasiya olunması imkanını araşdırır. Nəşrin məlumatına görə, London qəbul edəcək ölkələrə hər bir deportasiya olunan əcnəbi üçün kompensasiya ödəməyi planlaşdırır.

Qəzetin mənbələri bildiriblər ki, Britaniya bu məsələni Albaniya, Serbiya, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya ilə müzakirə etmək niyyətindədir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: