Perfeksionizm tələsi: niyə qüsursuzluq qadınları tükəndirir?

“Əla evdar qadın, qayğıkeş ana və həyat yoldaşı, üslubunda baxımlı və müasir — müasir dövrdə ‘ideal qadın’ anlayışı belə təsvir olunur. Gərək üstəlik fitnes zalları, özünüinkişaf kursları, dil dərsləri də getsin ki, hər tərəfdən ‘super qadın’ təsiri bağışlasın. Kənardan baxanda, hətta alqışlanacaq bir şeydir. Amma psixoloq Veronika Axmetovanın sözlərinə görə, qadınlarda perfeksionizm əslində çox təhlükəlidir.” — WomanHit yazır.
Perfeksionizmin “simptomları”
Perfeksionist qadın hesab edir ki, sevgini, hörməti, qəbul olunmağı yalnız qüsursuz olmaqla qazanmaq olar. İşdə — ən yaxşı işçi, evdə — ən nümunəvi ana və həyat yoldaşı. Hər bir sahə onun üçün layihədir. Sağlamlıq, bədən forması, karyera — hər şeydə ideal olmaq tələbi. Nəticə isə — davamlı narahatlıq, “kifayət qədər yaxşıyam, ya yox?” düşüncəsi, içdən bitirən gərginlik.
“Kim çox yanırsa, tez sönür”
İllərlə hər şeyi asanlıqla bacardığını göstərsə də, əslində psixoemosional cəhətdən tükənir. Xırda uğursuzluq belə şəxsi faciə kimi qəbul edilir. Bu isə tezliklə daxili boşluq, apatiya, hətta psixosomatik xəstəliklərə gətirib çıxarır.
Perfeksionist qadınların tipik “xəstəlikləri”
Güclü stress və gərginlik immuniteti zəiflədir: autoimmun xəstəliklər, tez-tez soyuqdəymə, baş ağrıları, mədə-bağırsaq problemləri, panik ataklar, yuxusuzluq. Çox vaxt nəticədə depressiya yaranır.
Çıxış yolu
Özünüzə icazə verin - qüsursuz yox, sadəcə “yaxşı” olmağa.
İşdə hər şeyi tək üzərinizə götürməyin, paylaşın.
Sərt pəhrizlər və həftədə 5 dəfəlik məşqlərdən imtina edin. Ayda bir dəfə tort yemək heç bir faciə deyil.
Kiçik uğurları belə dəyərləndirin və özünüzü təqdir edin.
“İdeallıq yaşamaq üçün uyğun deyil, xüsusən böyük şəhərlərdə. Özünüzə səhv etməyə icazə verin və sadəcə özünüz olun,” — deyə Veronika Axmetova vurğulayır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:00
Həyat yoldaşına işgəncə verən kişi məhkəmə qarşısında
Cəmiyyət
Bu gün, 11:49
DİM bu gün əlavə imtahanlar keçirəcək
İqtisadiyyat
Bu gün, 11:00
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO