Dünən, 20:15 0 Gündəm / Sağlamlıq

“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO

“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə, zəfər və hədəflərlə dolu yol

21 yaşlı peşəkar döyüşçü Məhəmməd Tank Abbaszadə artıq 10 ildir ki, muay-tay və kikboksinq sahəsində fəaliyyət göstərir


Uşaqlıqdan yumruq idman növlərinə xüsusi marağı olan Məhəmməd, çətinliklərə baxmayaraq idmanda qalmağı bacarıb. İlk vaxtlar ailəsi onun bu sahəyə yönəlməsini istəməsə də, yarışlarda əldə etdiyi nailiyyətlərdən sonra dəstək verməyə başlayıblar.

Hazırda Türkiyədə idman sahəsi üzrə ali təhsil alan Məhəmməd həm rinqdə, həm də təhsildə özünü inkişaf etdirməkdə davam edir.

Ən yadda qalan döyüşlərindən biri Fartex Liqasında Otman Orqonika qarşı olub. Rəqib ondan qat-qat təcrübəli olsa da, Məhəmməd ona qarşı başabaş döyüşərək bir xalla məğlub olub.

İtaliyanın Karrara şəhərində keçirilən Dünya Çempionatında isə döyüş zamanı barmağı qırılsa da, döyüşü yarımçıq qoymamış və həm yarımfinalda, həm də finalda qalib gələrək böyük iradə nümayiş etdirmişdir. Bu döyüş onun üçün təkcə zəfər deyil, həm də dözümlülüyünün simvoluna çevrilib.


Məhəmməd üçün döyüş təkcə fiziki güc deyil, eyni zamanda taktika və psixoloji hazırlıq tələb edir.

O bildirir ki, rinqdə ağılla hərəkət edən idmançı qalib gəlir. Bu səbəbdən hər döyüşdən əvvəl rəqibini araşdırır və zəif tərəflərinə uyğun plan qurur.



Ulusum.az / K.Hətəmova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.