Gələn ay torpaq hərracları keçiriləcək – siyahı açıqlandı
Gələn ay torpaq hərracı keçiriləcək
Əmlak Məsələləri Dövlət Xidmətinin ulusum.az-a verdiyi məlumatına görə, noyabrın 26-da ölkənin müxtəlif bölgələrində torpaq sahələrinin hərrac və müsabiqələri baş tutacaq.
Bu proses çərçivəsində 21 obyekt satışa və ya icarəyə çıxarılıb. Obyektlər arasında kənd təsərrüfatı, sahibkarlıq və fərdi yaşayış məqsədli torpaq sahələri yer alır.
Ən bahalı obyekt Qəbələ rayonunun Həmzəli kəndində yerləşən, sahəsi 1200 kv.m olan fərdi yaşayış evidir. Satış qiyməti — 15 600 manat.
Bölgələr üzrə təqdim olunan torpaq sahələri:
- Mingəçevir: 150 kv.m sahibkarlıq məqsədli torpaq sahəsi (20 illik icarə), ilkin qiymət — 1500 manat
- Goranboy və Şəmkir: 4–12 ha-lıq kənd təsərrüfatı təyinatlı sahələr, 15–20 illik icarə
- Ağstafa, Dağ Kəsəmən kəndi: 2.4–16.9 ha-lıq əkin torpaqları, 264–1853.5 manat arası icarə qiymətləri
Torpaq sahələri əsasən əkinçilik və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə təklif olunur.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
