Sabirabadda I Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib VİDEO
Övlad itkisi, övlad həsrəti... Övlad itkisinin nə olduğunu sinələrinə dağ çəkilmiş, o ağrı-acıları yaşamış ata-analar bililər.
Sabirabadda bu acını yaşayan Abbasovlar ailəsinin də düz 30 il həsrətli baxışları yollara dikildi, yollarda qaldı. Nəhayət, övladları şəhid Zülfüqar Abbasov 30 ildən sonra dəfn olundu.
Ulusum.az xəbər verir ki, Şəhid Zülfüqar Abbasovun üçrəngli bayrağımıza bükülmüş nəşi beləcə doğma ocağa gətirildi. Amma bu günün həsrətində olan nə atası Kamil kişi, nə də anası Sənəm xala bu gəlişi görə bildi. Halbuki arzusundaydılar, övladlar ilə son görüş üçün.
Sabirabad şəhəri Qəmbərov küçəsi 50. 1973-cü ildə bu ünvanda doğulan Zülfüqar Abbasov Birinci Qarabağ savaşında arxada qalmağı öz mənliyinə sığışdırmadı. Əlinə silah alıb döyüşə qatıldı. Bir çox bölgələrdə hər qarış torpaq uğrunda erməni faşistləri ilə döyüşdü. Qəhrəmanlıq, igidlik göstərdi. 1994-cü il martın 3-də Ağdərə rayonunun Çaylı kəndi uğrunda onun son döyüşü olur.
O vaxtdan itkin sorağı gəldi Zülfüqar Abbasovun. Beləcə 30 il ağrı-acılarla yaşadı Abbasovlar ailəsi. Sən demə, Zülfüqar Abbasov Gəncə şəhərindəki şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunur. Meyit qalıqlarının müayinəsi zamanı onlardan birinin ona məxsus olduğu müəyyən edilir. Nəhayət, 30 ildən sonra tabutu gətirilən Zülfüqar Abbasovun nəşi ata-anaslnın uyuduğu Kürkəndi kənd qəbiristanlığında torpağa tapşırıldı.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?