İmişlidə I Qarabağ müharibəsinin şəhidi DƏFN EDİLDİ - FOTO EKSKLÜZİV

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğlu olub.
Ulusum.az xəbər verir ki, Siyavuş naməlum şəhidlərimizdən biri olaraq Beyləqan rayonu Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Siyavuş İsmayılovun nəşinin qalıqları öz ata-baba yurdu İmişlidə torpağa tapşırılıb. Şəhid Siyavuş İsmayılovun nəşi İmişlidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı İmişli rayonu Şahverdili kəndinə gətirilib.
Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Siyavuş İsmayılov torpağa tapşırılıb. Qeyd edək ki, İsmayılov Siyavuş Eldar oğlu 1967-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Bala Məzrə kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidmətini Arxangelsk vilayətində yerinə yetirən Siyavuş gizir kimi xidmətini davam etdirib. Vətənin dar günündə isə Siyavuş Azərbaycana qayıdaraq döyüşlərə qoşulub. Bir çox hərbi sirlərə peşəkarcasına yiyələndiyi üçün döyüş tapşırıqlarının yerinə yetirilməsində şücaət göstərib. 1993-ci ilin fevral ayından başlayaraq Füzuli rayonu ərazisində bir çox kəndlərin və yüksəkliklərin uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-ci ilin yanvar ayında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı Siyavuş İsmayılov şəhid olub və Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Ötən müddət ərzində ailəsi ondan hər hansısa məlumat ala bilməyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Siyavuş İsmayılovun da kimliyi məlum olub.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Dünən, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Dünən, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Cəmiyyət
Dünən, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO