30 il sonra... Şəhid Lerikdə dəfn olundu - YENİLƏNİB VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib.
Ulusum.az-ın məlumatına görə, şəhidlə, Lerik rayonunun Laman kəndində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Zahid Ziyad oğlu Abbasov Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
Şəhidin qalıqları Laman kəndindəki kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bildirək ki, şəhid Zahid Abbasov 1993 - cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Döyüş yolunu Kəlbəcər rayonunda Murovdağ silsiləsindən başlayıb. Həmin ilin aprel ayında şəhidin ailə üzvləri görüşmək üçün onun xidmət etdiyi hərbi hissəyə gediblər. Lakin, Zahid döyüş mövqeyində xidmət apardığına görə ailə üzvləri ilə görüş baş tutmayıb. Bundan sonra Zahid Abbasovdan heç bir xəbər olmayıb.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi