Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilib.
Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şikəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.
Belə ki, Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.
Sözügedən Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.
Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Olimpiya Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcək.
Qeyd edək ki, COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
2-08-2024, 10:02
Olimpiya Oyunları, qədim Yunanıstanda başlanan, zamanla ən böyük beynəlxalq idman tədbirinə çevrilən bir hadisədir. Bu
4-05-2024, 14:40
Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 12:30
Ən çox alınan ətir markaları
Maraqlı
Bu gün, 12:00
Qarğıdalının zərərləri varmı?
Maraqlı
Bu gün, 11:00
Ən çox izlənilən Azərbaycan filmlərinin siyahısı
Maraqlı
Bu gün, 10:30
Yolka ağacının simvolikası
Maraqlı
Bu gün, 10:00
Ən təhlükəli yoluxucu xəstəliklər
Maraqlı
Bu gün, 09:30
Ən çox depressiya yaşadan hallar
Maraqlı
Bu gün, 09:00
Ən dözümlü avtomobil markaları hansılardır?
Maraqlı
Bu gün, 01:23
Ən dəhşətli serial qatillər kimlərdir?
Populyar Xəbərlər
Sarımsağın orqanizmə zərərləri
Koronavirus laboratoriyada sızma nəticəsində yayılıb
Son günlər bazarlarda ağartı məhsulları bahalaşıb
Çox oyun oynamağın zərərləri
Britaniyanın ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb
Ukrayna Polşaya Volın faciəsi qurbanlarının qalıqlarını eksqumasiya etməyə icazə verəcək