4-11-2024, 07:21 0 Siyasət

Tramp 2020-ci il seçkilərindən sonra Ağ Evi tərk etməyi səhv adlandırıb

Tramp 2020-ci il seçkilərindən sonra Ağ Evi tərk etməyi səhv adlandırıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bildirib ki, hələ də tanımadığı 2020-ci il seçkilərində uduzduqdan sonra Ağ Evi tərk etməyi öz səhvi hesab edir.

“Mən ayrıldığım gün ən etibarlı sərhədimiz var idi. Mən getməməliydim” deyən Tramp vurğulayıb ki, indi “hər seçki məntəqəsində yüzlərlə vəkil var”.

Tramp 2020-ci il seçkilərində saxtakarlıqlar edildiyini iddia etməkdə davam edir və qarşıdan gələn noyabrın 5-də keçiriləcək səsvermənin bütövlüyünə şübhələrini ifadə edir.


Eltun Məmmədov
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: