Ədliyyə Nazirliyinə yeni hüquq verilib
Artıq Ədliyyə Nazirliyi də təlim məqsədilə məhv edilməli narkotik vasitələrdən istifadə edə biləcək. Bu hüquq əvvəl yalnız DİN, DGK və DSX-yə aid idi.
Ulusm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər.
Bundan əvvəl bu hüquq yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə aid idi.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
