30-10-2024, 08:12 0 Siyasət

İran XİN: “Təhlükəsizlik Şurası İsrailə qarşı sərt sanksiyalar tətbiq etməlidir”

İran XİN: “Təhlükəsizlik Şurası İsrailə qarşı sərt sanksiyalar tətbiq etməlidir”
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda olan xarici nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib:

“İran “sionist rejimin” hücumlarının dayandırılması üçün kollektiv diplomatik səylərin zəruriliyini vurğulayır. İsraili dayandırmaq üçün beynəlxalq ictimaiyyətin təcili, təsirli və qətiyyətli addım atmasını istəyirik”.

İran XİN rəhbəri bildirib ki, Qəzza və Livana hücumlar bitməyənə qədər, bölgədə sülh olmayacaq. Abbas Əraqçının sözlərinə görə, BMT İsrailə qarşı sərt sanksiyalar tətbiq etməlidir. (İSNA)


Eltun Məmmədov
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: