Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik

Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu siyasət zərərli siaysətdir: "Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa da BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli siyasət həyata keçirməlidir".
H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir: "Bu, Ermənistanın real siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalçı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 19:25
Əməkdaşlıq və Gələcək Perspektivlər: Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin Rektoru ilə Görüşüb
Dünya
Bu gün, 19:00
Tramp və Melaniya Papa Fransiskin dəfninə qatılacaq
Gündəm
Bu gün, 18:39
Tullantını hədiyyəyə çevir
Hadisə
Bu gün, 17:30
Xaçaturyan qızlarına qarşı seksual təcavüz və digər cinayətlərdə təqsirli bilinib
Siyasət
Bu gün, 16:55
Prezident İlham Əliyev Çinə dövlət səfərinə gəlib
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Azərbaycan Konsaltinqlər Assosiasiyası: Xidmət Sektorunun Yeni Nəfəsi - FOTO
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!