Prezidentin köməkçisi Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.
Ulusum.az xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.
"Türk Dünyası bizim ailəmizdir!", - Prezidentin köməkçisi qeyd edib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri