Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağının diplomatik fəaliyyəti başa çatdı

23 may 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Görüşdə nazir səfirin iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib və ona təşəkkür edib.
Ceyhun Bayramov Azərbaycan-Misir münasibətlərinin tarixi dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Görüş zamanı siyasi, iqtisadi, mədəni və çoxtərəfli platformalarda əməkdaşlığın mövcud vəziyyəti və gələcək imkanları müzakirə olunub.
İki ölkənin liderlərinin son illərdəki qarşılıqlı səfərlərinin əlaqələrə xüsusi təkan verdiyi vurğulanıb. Səfir Nağı isə Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Kriminal
Bu gün, 19:09
Qadınların “TikTok” və “Instagram” hesablarını sındıran şəxs saxlanıldı - VİDEO
Mətbəx
Bu gün, 18:00
Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti
Dünya
Bu gün, 17:00
McDonald’s rəhbəri: Amerika əvvəlki cazibəsini itirib
Köşə
Bu gün, 16:51
Qadının Dəyəri: Sevgidən Daha Artıq - Həyatın Özüdür
Siyasət
Bu gün, 16:39
Milli Məclis İİB-lə memorandumu təsdiqləyəcək
İdman
Bu gün, 16:00
“Qalatasaray”ın yeni ulduz transferi İstanbula çatdı
Populyar Xəbərlər