Bu gün, 09:37 0 Siyasət

İlham Əliyev GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib

İlham Əliyev GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib.

Müraciətin mətnini Baş Prokuror Kamran Əliyev oxuyub.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclası keçirilir.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. (apa.az)

✍️"Ulusum".az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: