Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb - FOTO

Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.
General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab O.Məmiş müdafiə nazirinə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:00
Tripolidə uğurlu hərbi əməliyyat: Liviya Müdafiə Nazirliyi sabitlik mesajı verir
Dünya
Bu gün, 19:30
Ərdoğan Zelenskiyə Rusiya ilə bağlı məsləhət verdi
Siyasət
Bu gün, 18:48
Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb - FOTO
Sağlamlıq
Bu gün, 18:30
Səhv qəhvə vərdişləri və onları necə düzəltmək olar
Dünya
Bu gün, 18:00
HAMAS amerikalı əsiri Edan Aleksandarı azad etdi - FOTO
Hadisə
Bu gün, 17:30
Qayınatasını öldürmək istədi, özü öldü
Populyar Xəbərlər
Polis Akademiyasının kursantları fləşmob keçirib
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Gömrük əməkdaşları dövlətə sədaqət andı içdi - VİDEO
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək