Yatmazdan Əvvəl Smartfondan Uzaq Durun – Yuxu Keyfiyyətiniz Artacaq!
İspan psixiatr Fernando Mora bildirir ki, yatmazdan ən azı 30 dəqiqə əvvəl smartfon və digər elektron cihazlardan istifadəni dayandırmaq beynin istirahətinə kömək edir və yuxu keyfiyyətini yüksəldir
Smartfon və digər ekranlı cihazlardan yayılan mavi işıq beynin melatonin hormonunun ifrazını azaldaraq yuxuya getməyi çətinləşdirir. Bu işıq beynin "bədən saatını" aktiv saxlayır və istirahət rejiminə keçməsini əngəlləyir.
Nəticədə yuxunun keyfiyyəti aşağı düşür, yuxuya getmək gecikir və səhər yorğunluq yaranır.
Ulusum.az xəbər verir ki, Psixiatr Fernando Mora tövsiyə edir ki, yatmazdan ən azı 30 dəqiqə əvvəl elektron cihazlardan istifadə dayandırılmalıdır. Bu sadə vərdiş yuxu keyfiyyətini yaxşılaşdırır, beynin və bədənin bərpasına şərait yaradır. Sağlam yuxu isə gündəlik həyatımızda enerjili və məhsuldar olmağımız üçün vacibdir.
Unutmayın, gecə smartfondan uzaq durmaq, dərin və keyfiyyətli yuxunun açarıdır!
R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
