Beyin enerjini yalnız qlükoza deyil, yağlardan da əldə edə bilir — yeni kəşf

Alimlər kəşf ediblər ki, beyin enerjini yalnız qlükoza deyil, həm də yağlardan əldə edə bilər — Weill Cornell Medicine tədqiqatçılarının araşdırması Nature Metabolism jurnalında dərc olunub.
Biokimya professoru Timothy Ryan bildirir ki, əvvəllər beyin yalnız qlükoza ilə qidalanırdı. Lakin yeni məlumatlara görə, neyronlar aktiv işləyəndə sinapslarda (sinir hüceyrələrinin birləşmə nöqtələri) yağ damcıları parçalanır və sərbəst yağ turşuları mitoxondrilərdə enerji üçün istifadə olunur.
Tədqiqatçılar DDHD2 geninə diqqət yetiriblər — bu gen lipaza fermentini kodlayır. Onun mutasiyaları irsi spastik paraplejiya xəstəliyi ilə bağlıdır ki, bu da ayaqlarda zəiflik və kognitiv pozğunluqlar yaradır. Əvvəlki tədqiqatlar göstərmişdi ki, ferment funksiyası pozulduqda beyin trigliserid — enerji ehtiyatı olan yağ damcıları yığır.
Eksperimentlərdə göstərilib ki, neyron aktivliyi yağ ehtiyatlarının istifadəsini işə salır. CPT1 adlı ferment bloklandıqda, hansı ki, yağ turşularını mitoxondrilərə daşıyır, siçanlarda hibernasiyaya bənzər vəziyyət yaranıb: bədən temperaturu düşüb, ürək döyüntüsü yavaşlayıb. Bu, beynin yağdan enerji tələb etdiyinin birbaşa sübutudur.
Tədqiqat müəllifləri bildirirlər ki, bu kəşf Parkinson xəstəliyi kimi neyrodegenarativ xəstəliklərin mexanizmlərini anlamaqda əhəmiyyətlidir, çünki bu xəstəlikdə də neyronlarda yağ damcıları toplanır. Gələcəkdə alimlər beyin qlükoza və lipid mübadiləsinin qarşılıqlı əlaqəsini öyrənərək sinir hüceyrələrinin zədələnməsinin qarşısını almaq üçün yeni yanaşmalar axtaracaqlar.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Kişilərin bilmədiyi böyük risk ortaya çıxdı! Gizli xəstəlik tədricən "sındırır"
Şou-biznes
Dünən, 20:00
“Ağrı keçmir, sadəcə qabıq bağlayır” – Məşhur aktrisanın ürək yandıran paylaşımı
Dünya
Dünən, 19:30
Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO
Dünya
Dünən, 19:00
"Clarks" 1,200-dən çox işçisini ixtisar etdi
Hadisə
Dünən, 16:29
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanılıb
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Tramp Xameneini ölümdən qurtardığını deyir
Tramp İranın dördüncü nüvə obyektinə sahib ola biləcəyini istisna etmədi
Rusiya ilə Mədəni İnteqrasiya Dayandırıldı – Bütün Tədbirlər Ləğv Edildi