9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və qısa müddətdə milli dövlətçiliyin əsas simvollarından birinə çevrilib
1920-ci ilə qədər dövlət statusunu qoruyan bu bayraq, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında yenidən qaldırılıb
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti onu rəsmi dövlət bayrağı kimi təsdiq etmiş, həmin ilin oktyabrında qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan bu bayrağı Xalq Cümhuriyyətinin hüquqi varisi kimi bərpa edib.
Bayrağımız, müstəqilliyin bərqərar olması ilə dövlətimizin suverenliyini və ideoloji əsaslarını təcəssüm etdirən ali rəmzlərdən birinə çevrilib. Üçrəngli bayrağın rəngləri - mavi türklüyü, qırmızı müasirliyi və yaşıl isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir.
Bu konsepsiyanın müəllifi olan Əli bəy Hüseynzadənin “türkçülük, islamçılıq və müasirlik” formulu müstəqil Azərbaycanın ideoloji əsasını təşkil edir.
2004-cü ildə “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bayraqla bağlı hüquqi əsaslar möhkəmləndirilib.
Bayraq bu gün respublikamızın dövlət orqanları, diplomatik nümayəndəlikləri, beynəlxalq tədbirlər və rəsmi mərasimlərdə milli qürurun göstəricisi kimi dalğalanır.
2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda açılmış Dövlət Bayrağı Meydanı isə bu rəmzin əhəmiyyətini daha da ön plana çıxarır
Meydanda yerləşən bayraq dirəyi 162 metr hündürlüyü ilə dünyanın ən uca bayraq dirəklərindən biridir. Burada həmçinin Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi əks olunub, Dövlət Bayrağı Muzeyi yaradılıb. Bu gün – 9 noyabr,
Azərbaycan xalqı tərəfindən Dövlət Bayrağı Günü kimi böyük iftixar və vətənpərvərlik ruhu ilə qeyd olunur.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO
