Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Zöhrəvi Xəstəliklər: Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Əlamətsiz başlasa da, zöhrəvi xəstəliklər ciddi fəsadlara, hətta sonsuzluğa səbəb ola bilər
Dermatoloq Rəşad İsayev Ulusum.az-a açıqlamasında bildirir ki, zöhrəvi xəstəliklər əsasən vaginal, anal və oral cinsi əlaqə vasitəsilə yayılır. Bəzən heç bir simptom vermədən keçsə də, yoluxmuş şəxsdən başqalarına ötürülə bilər.
Ən çox rast gəlinən simptomlar:
🔸 Vaginal və ya penil axıntı
🔸 Genital nahiyədə ağrılı xoralar və yaralar
🔸 Cinsi orqanlarda səpgilər
🔸 Çanaq və qarınaltı ağrılar
Müalicə olunmadıqda bu xəstəliklər sonsuzluq, xroniki ağrılar, hətta ümumi sağlamlıq pozuntuları ilə nəticələnə bilər. Buna görə də erkən diaqnoz və qorunma tədbirləri vacibdir.
Zöhrəvi Xəstəliklərin Növləri və Sifilis Haqqında Vacib Məlumat
Zöhrəvi infeksiyalar bakterial, viral və parazitar olur. Sifilis isə vaxtında müalicə edilməzsə, ciddi fəsadlara yol aça bilər.
Zöhrəvi xəstəliklər 3 əsas qrupa ayrılır:
🔹 Bakterial: Xlamidiya, Gonoreya, Sifilis
🔹 Viral: Genital herpes, HIV/AIDS, Genital ziyillər
🔹 Parazitar: Trichomoniasis
Sifilis cinsi yolla keçən, vaxtında aşkarlanmadıqda sinir sistemi, ürək-damar sistemi və digər həyati vacib orqanlara ciddi zərər vura bilən bakterial infeksiyadır.
Erkən mərhələdə antibiotiklərlə tam müalicəsi mümkündür
📌 Sifilis Xəstəliyinin Mərhələləri – Dermatoloq Rəşad İsayev izah edir:
- Sifilis 4 mərhələdən ibarətdir: Birincili, İkincili, Gizli və Gec (üçüncü) mərhələ
- İnsanlar xüsusilə birinci və ikinci mərhələdə yoluxucu sayılır
- Birincili sifilis – Cinsi təmasdan 2-12 həftə sonra ortaya çıxır
➤ Əsasən cinsiyyət orqanında və ya ağızda hamar, sərt yara şəklində özünü göstərir
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-04-2024, 12:45
Sözsüz ki, bu hissi yaşayan qadınlar heç də az deyil. Bu səs doğuşdan sonra vaginal dəliyin xeyli genişlənməsi, bunun
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
