Baldırda Şişkinlik və Qızartı — Qızıl Yelin Əlaməti Ola Bilər!
Dermatoloq Uzman Dr. Mehdi İskəndərli: Baldırda Şişkinlik və Qızartı — Qızıl Yelin Əlaməti Ola Bilər!
Aşağı ətrafda, xüsusilə baldır nahiyəsində qəfil yaranan ağrı, qızartı və şişkinlik sadə əzələ yorğunluğu yox, mikrob mənşəli dəri infeksiyası olan Qızıl Yel (Erysipelas) xəstəliyinin xəbərçisi ola bilər.
Qızıl yel zamanı yalnız lokal deyil, ümumi əlamətlər də müşahidə olunur:
- Üşütmə
- Yüksək hərarət
- Halsızlıq
- Bəzən titrətmə və tərləmə
Xəstəlik vaxtında müalicə olunmadıqda abses, qan zəhərlənməsi (sepsis) kimi ağırlaşmalarla nəticələnə və reanimasiyaya ehtiyac yarana bilər.
Xoşbəxtlikdən, bu pasiyentimiz şikayətlər başlayan kimi klinikamıza müraciət etdi. Dərhal aparılan müayinə və müvafiq müalicə nəticəsində qısa zamanda sağalma müşahidə olundu — şişkinlik və qızartı tam gerilədi.
Xəbərdarlıq:
Əgər sizdə və ya yaxınlarınızda baldırda lokal ağrı, qızartı və şişkinlik müşahidə edilirsə, vaxt itirmədən dermatoloqa müraciət edin
Erkən diaqnoz və düzgün müalicə həyati əhəmiyyət daşıyır!
Unutmayın: Qızıl yel yalnız dəri problemi deyil — vaxtında müdaxilə olunmadıqda ciddi təhlükəyə çevrilə bilər.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
