Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Atam nə vaxt gələcək?.. Söz və ifa: Şair qiraətçi Müşfiqə Baləddin qızı
O ata bir gündə əfsanəyə çevrilib, adı sinif jurnallarında deyil, qəlblərdə yazılıb. Uşağın oyuncağı sınıqdır, çünki onu düzəldən əllər bu torpaq uğrunda torpağa qarışıb.
Bir ana var, susur, çünki cavab yoxdur. Cavab bir dağ qədər uca, bir bayraq qədər qürurludur. Və o cavab hər gün Fəxri xiyabanda açan qərənfillərin ləl rəngində gizlənir.

Dağlar — şahiddir, ruhlar — səngərdədir. Gözlər göydə, yaddaşda bir nida:
“Yaşasın Azad Vətən!”
Çünki hələ də uşaq yuxusunda bir ümid pıçıldanır:
“Atam nə vaxt gələcək, ana?..”
Bu məqalə şəhidlərimizin əziz xatirəsinə, onların ailələrinin əyilməyən iradəsinə və xalqımızın ölməz ruhuna ithaf olunur.

Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
