ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir? Dermatoloq Şövqü Salahov
Rozasea — üz dərisində, xüsusilə yanaq, burun və çənə nahiyəsində yaranan xroniki iltihabi xəstəlikdir. Əsas əlamətləri üzün qızarması, qızartı, kiçik damarların görünməsi, bəzən səpgilər və dəridə yanma, göynəmədir.
Daha çox 30-50 yaş arası insanlarda, xüsusən qadınlarda rast gəlinir.
Rozaseanı daha da qıcıqlandıran amillər:
- İsti və ədviyyatlı yeməklər
- Spirtli içkilər
- Günəş işığı və yüksək temperatur
- Stress və emosional gərginlik
- İsti içkilər və qəhvə
- İsti vannalar və buxarlı otaqlar
- Bəzi dəriyə qulluq məhsulları
Nə etməli?
Rozasea şübhəsi varsa, mütləq dermatoloqa müraciət edin. Ulusum.az xəbər verir ki, həkimin göstərişi ilə xüsusi kremlər və dərmanlarla müalicə aparılmalıdır. Eyni zamanda, yuxarıdakı amillərdən uzaq durmaq xəstəliyin kontrolunda vacibdir.
Vaxtında müalicə rozaseanın ağırlaşmasının qarşısını alır və dərinin sağlamlığını qoruyur.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
