Bu gün, 10:00 0 Mətbəx

Ballı Rulet

Ballı Rulet
Ərzaqlar:
(Stəkan ölçüsü 200 ml)

- 100 qr kərə yağı
- 3 yemək qaşığı bal
- 1 çay qaşığı soda
- 2 ədəd yumurta
- 1/2 stəkan şəkər tozu
- 1 stəkan + 2 yemək qaşığı un

Krem üçün:
- 1 banka bişmiş qatlaşdırılmış süd
- 200 qr labne və ya 30%-lı xama

Sadə və dadlı ballı rulet hazırlamaq üsulu

Qazana kərə yağı və balı qoyub, vam odda əridin. Yağ tam əridikdən sonra 1 çay qaşığı sodanı əlavə edib qarışdırın. Başqa qabda 3 yumurtanı 0.5 stəkan şəkər tozu ilə çalın.

Sonra ballı qarışığı yumurtaya əlavə edib yaxşıca qarışdırın. Unu əlavə edib hamısını qarışdırdıqdan sonra xəmir soba qabına tökün və 170 dərəcədə bişirin.

Sobadan çıxan kimi ruleti bükün. Soyuduqdan sonra labne pendiri və qatılaşdırılmış süd ilə krem hazırlayın, ruletin üzərinə çəkib yenidən rulet formasında bükün.

Daha maraqlı və praktik reseptlər üçün Ulusum.az‑ı izləməyi unutmayın! Sizin də özəl və sınanmış reseptləriniz varsa, onları info@ulusum.az ünvanına göndərin, Ulusum.az‑da adınızla birlikdə yayımlayaq və ləzzətinizi hamı ilə bölüşək!🍽️

R.D

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.