Bu gün, 09:15 0 Mətbəx

Dünyada Məşhur Olan Şokoladlı “Sinnabon” Bulkaları

Dünyada Məşhur Olan Şokoladlı “Sinnabon” Bulkaları
Şokoladlı Bulkaların tərkibi:

Balata (opara) üçün:
1. 300 ml süd
2. 10 qr quru maya
3. 1 xörək qaşığı şəkər tozu
4. 1 xörək qaşığı un

Xəmiri üçün:
1. 2 ədəd yumurta
2. 120 qr şəkər tozu
3. 1 çay qaşığı duz
4. 1 paket vanil
5. 100 qr kərə yağı
6. 600 qr un
7. 50-70 qr kakao
8. 2 xörək qaşığı bitki yağı

İçlik üçün:

1. 100 qr şəkər tozu
2. 100 qr kərə yağı
3. 2,5 çay qaşığı darçın tozu
4. 2 xörək qaşığı bal (zövqə görə)

Üzəri üçün:
1. 100 ml qaymaq
2. 200 qr şokolad
3. 70 qr kərə yağı

Şokoladlı Sinnabonun hazırlanma qaydası:

Balatanı hazırlamaq üçün bir qabda 300 ml ilıq süd, 10 qr quru maya, 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı unu qarışdırıb üzərini streç salafanla örtün. Mayalanması üçün 20 dəqiqə isti yerdə saxlayın.

Acıyan balatanın üzərinə 2 ədəd yumurta, 120 qr şəkər tozu, 1 çay qaşığı duz, 1 paket vanil, 100 qr əridilmiş kərə yağı əlavə edib qarışdırın. Ələnmiş un və kakaonu da hissə-hissə əlavə edib yumşaq xəmir yoğurun.

Sonda xəmirə 2 xörək qaşığı bitki yağı əlavə edib 1-2 dəqiqə yoğurub üstünü örtün. Xəmiri 1 saat yarım isti yerdə saxlayın.

İçliyi hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu , darçın tozu və balı qarışdırın. Mayalanan xəmiri dəzgahın üzərinə dördbucaqlı şəkildə yayın. Üzərinə hazırladığınız içliyi yayın. Xəmiri rulet formasında bükün.

Təxmini 3 sm qalınlığında bıçaqla hissələrə bölün. Kiçik ruletləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün və üzərini streç salafanla örtün. 30 dəqiqə kənarda saxlayın və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Üzəri üçün şokolad parçalarını xırdalayın. Üzərinə qızdırılmış qaymaq və əridilmiş kərə yağı əlavə edib yaxşıca qarışdırın. Tamamilə soyuması üçün kənarda gözlədin. Daha sonra bişən sinnabon bulkalarının üzərinə yaxın.

R.D
Ulusum.az





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.