Ulusumun Mətbəxində — Hinddən gələn şərbətli xırt-xırtlı “Jalebi” resepti!
“Jalebi” – Hind mətbəxindən şərbətli və xırt-xırtlı şirniyyat
Xəmir üçün:
- Un – 1 stəkan
- Qarğıdalı nişastası – 2 x.q
- Qatıq – ½ stəkan
- Su – lazım olduqca
- Duz – bir çimdik
- Quru maya – 1 ç.q
- Qızartmaq üçün duru yağ
Şərbət üçün:
- Şəkər – 1 stəkan
- Su – ½ stəkan
- Limon suyu – 1 ç.q
- Hil və ya zəfəran (istəyə görə)
Hazırlanması:
1. Un, nişasta, duz və mayanı bir qabda qarışdırın.
2. Qatıq və az-az su əlavə edib, duru xəmir əldə edin.
3. Xəmiri örtüb, isti yerdə 30–40 dəqiqə mayalanmağa qoyun.
4. Bu müddətdə şəkər, su və limon suyunu qaynadır və şərbəti hazırlayın (istəsəniz hil və ya zəfəran da əlavə edə bilərsiniz).
5. Xəmiri torbaya (qəndləmə torbası və ya boş ketçup qabı da olar) doldurub, qızğın yağa dairəvi formada sıxın.
6. Hər iki tərəfi qızarana qədər qızardın.
7. Qızarmış jalebiləri dərhal isti şərbətin içinə salın və 2–3 dəqiqə saxlayın.
8. Süzərək çıxarın və servis edin.
Xırtıldayan, içi şərbətli, mis kimi narıncı “Jalebi” hazırdır! Nuş olsun!
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
