Bu gün, 09:18 0 Cəmiyyət / Gündəm

Qar yağacaq – Sürücülərə xəbərdarlıq

Qar yağacaq – Sürücülərə xəbərdarlıq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.


Yaxın günlərdə ölkə ərazisində havanın soyuması və dağlıq ərazilərdə qar yağması gözlənilir. Ulusum.az xəbər verir ki, bu haqda Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edərək, xüsusilə dağlıq yollarla hərəkət edənləri diqqətli olmağa çağırır.

Qurum qış şinlərindən istifadə edilməsini və avtomobillərin texniki baxışdan keçirilməsini tövsiyə edir. Əks halda yollarda tıxaclar yarana, qar təmizləyən texnikanın işinə maneə törəyə bilər.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.