Bu gün, 11:17 0 Cəmiyyət / Gündəm

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb
ABŞ hakimiyyəti İranda davam edən iğtişaşlar səbəbindən amerikalıları təcili olaraq bu ölkəni tərk etməyə çağırıb.

Ulusum.az
xəbər verir ki, İrandakı “virtual” ABŞ səfirliyi amerikalıları uzunmüddətli internet kəsintilərinə hazır olmağa, alternativ rabitə planları qurmağa və mümkün olduğu halda İranı quru yolu ilə tərk etməyə, əks təqdirdə isə təhlükəsiz yer tapmağa, həmçinin qida, su, dərman və digər zəruri əşyalardan ehtiyat yaratmağa çağırıb. Sənəddə vurğulanır ki, “ABŞ vətəndaşları İranda dindirilmə və həbs riski altındadırlar”.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı vəziyyəti diqqətlə izlədiyini bildirib. Daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Birləşmiş Ştatların digər variantlarla yanaşı, İrana qarşı hərbi əməliyyatları da nəzərdən keçirdiyini, lakin diplomatik həll yollarına üstünlük verdiyini deyib.

Yanvarın 12-də İranın xarici işlər naziri Abbas Əraqçi Əl-Cəzirə telekanalına müsahibəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mövcud vəziyyəti müzakirə etdiyini söyləyib.

Qeyd edək ki, ötən il dekabrın 28-dən bəri İranda kütləvi etirazlar davam edir. Əvvəlcə ağır iqtisadi vəziyyət və milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar tezliklə siyasi müstəviyə keçib. Artıq beynəlxalq aviaşirkətlər bu ölkəyə uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə başlayıb.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.