Bu gün, 10:07 0 Cəmiyyət / Gündəm

Sumqayıtda avtomobil qəzası: Yanğın baş verib

Sumqayıtda avtomobil qəzası: Yanğın baş verib
Sumqayıtda iki avtomobil toqquşub, “Toyota Prius” yanıb. Xəsarət alan yoxdur.


FHN-in “112” qaynar xəttinə Sumqayıtın Bulvar küçəsində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Ulusum.az-a verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Müəyyən edilib ki, “KİA Optima” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub və nəticədə “Toyota Prius” yanıb. Yaxınlıqdakı ağaclıq ərazi yanğından mühafizə olunub.

Qəzada xəsarət alan olmayıb.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.