Ulusumun Mətbəxində: Qoz şirniyyatı
Uşaqlığımızın dadı: Qoz şirniyyatı
Tərkibi:
- 125 q kərə yağı (otaq temperaturunda)
- 100 q şəkər tozu
- 2 ədəd yumurta
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 400 q ələnmiş un
- 1 qutu (350 q) qatılaşdırılmış süd (doşenka)
- 100 q doğranmış qoz və ya badam
Hazırlanması:
1. Kərə yağı və şəkər tozunu bir qabda yaxşıca qarışdırın.
2. Yumurtaları əlavə edib mikserlə krem halına gələnədək çalın.
3. Vanil, qabartma tozu və unu hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.
4. Xəmirdən təxminən 6 qramlıq kiçik kündələr düzəldin.
5. Qoz formalı qəlibdə ocağın üzərində hər iki tərəfini qızarana qədər bişirin.
İçlik üçün:
- Qatılaşdırılmış südü (doşenkanı) 10–15 dəqiqə bişirərək bir qədər qatılaşdırın.
- İçinə doğranmış qoz və ya badam əlavə edin.
- Bişmiş qoz yarılarının arasına bu içlikdən qoyaraq birləşdirin.
Sonda xırt-xırt, içi karamelli və qozlu — əsl əfsanəvi ləzzət!
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
