Bu gün, 15:00 0 Mədəniyyət

Azərbaycan animasiyası beynəlxalq səhnədə

Azərbaycan animasiyası beynəlxalq səhnədə
Avqustun 5-dən 8-dək Qazaxıstanın Aktau şəhərində Birinci URKER Beynəlxalq Animasiya Film Festivalı keçiriləcək.

Festivalda “Narqız” və “Hədis” animasiya filmlərinin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak edəcək. Festivalda həmçinin assosiasiyanın üzvü, prodüser Oqtay Yusibov münsif qismində təmsil olunacaq.

Ümumilikdə festivalda 51 animasiya filmi iştirak edir, onlardan 8 film əsas, 9 film isə tələbə müsabiqə proqramına daxil edilib.

URKER Beynəlxalq Animasiya Film Festivalı – Türk dünyası ölkələrinin animasiya filmlərini bir araya gətirən beynəlxalq tədbirdir. Festivalın məqsədi – görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaqdır.

Festival “Yeni türk zamanının animasiyası” şüarı altında keçiriləcək.

Qeyd edək ki, 2025-ci ildə Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib və bu statusda ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi edəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: