Şəkər xəstəliyinə tutulma riskini artıran gözlənilməz məhsul

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, qırmızı ət (mal əti, qoyun əti və ondan hazırlanan məhsullar 2-ci tip şəkərli diabet riskini artırır. Tədqiqatın nəticələri The Lancet jurnalında dərc olunub.
Alimlər bu qənaətə Şimali və Cənubi Amerika, Aralıq dənizi ölkələri, Avropa, Cənub-Şərqi Asiya və Sakit okeanın qərb hissəsindən (ümumilikdə 20 ölkə) iki milyona yaxın insanın qidalanma və sağlamlıq göstəricilərini təhlil edərək gəliblər.
Mütəxəssislərin sözlərinə görə, qırmızı ətin tərkibindəki yüksək doymuş yağlar insulinə həssaslığı azalda bilər. Bu hormon mədəaltı vəz tərəfindən istehsal olunur və qlükozanın qandan hüceyrələrə keçməsinə kömək edir.
Araşdırma göstərib ki, heyvani mənşəli zülalın (bitki mənşəlidən fərqli olaraq) həddindən artıq istehlakı da şəkərli diabet riskini artırır. Buna səbəb, amin turşularının (xüsusilə BCAA – budaqlanmış yan zəncirləri olan amin turşuları) həddən artıq qəbulu ola bilər. Lakin alimlər hələlik BCAA-nın plazmada yüksək səviyyədə olmasının metabolizmi necə dəyişdiyini tam bilmir.
Qırmızı ətin diabetə təsirinin digər mümkün mexanizmi bağırsaq mikrobiotası ilə bağlıdır. Alimlərin fikrincə, bağırsaqdakı bakteriyalar qırmızı ətdə bol olan xolin (suda həll olunan vacib qida maddəsi) və L-karnitini (təbii amin turşusu) parçalayır. Bu prosesdə trimetilamin adlı təbii birləşmə əmələ gəlir. Orqanizmdə trimetilaminin yüksək səviyyəsi 2-ci tip diabet riskinin artması ilə əlaqələndirilir.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum
Siyasət
Dünən, 17:30
Britaniya mediası Vaşinqtondakı Azərbaycan-Ermənistan liderlərinin görüşünü işıqlandırdı
Dünya
Dünən, 17:00
ABŞ: “Fələstin dövlətini tanımaq niyyətimiz yoxdur”
Siyasət
Dünən, 16:30
Rubio Azərbaycan və Ermənistana “Yeni Sülh Dövrü” münasibətilə təbriklərini çatdırdı Ask ChatGPT
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi