Bu gün, 19:00 0 Dünya

TAСС-da kadr dəyişikliyi: Daha bir baş direktor müavini istefa verdi

TAСС-da kadr dəyişikliyi: Daha bir baş direktor müavini istefa verdi
Rusiyanın baş naziri Mixail Mişustin TASS-ın baş direktor müavini Andrey Sokolovu vəzifədən azad edib. Rəsmi məlumata görə, bu qərar onun öz xahişi ilə verilib.

📌 Sokolov 2016-cı ildən bu vəzifədə idi, bundan əvvəl isə agentliyin rəhbərinin müşaviri kimi çalışıb.
📌 İyulun 24-də digər baş direktor müavini Mixail Qusman da vəzifəsindən uzaqlaşdırılmışdı – o, Şuşada keçirilən forumda çıxışı ilə gündəmə gəlmişdi.
📌 2023-cü ildə isə TASS-ın uzun illər rəhbəri olmuş Sergey Mixaylov istefa verərək yerini Andrey Kondraşova təhvil vermişdi.

Beləliklə, son iki ildə TASS rəhbərliyində ardıcıl istefalar baş verir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: