Dünən, 21:00 0 Dünya

Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum

Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum
Ukraynaya dəstəyin Qərb üçün qiyməti xaosa sürüklənmək olub. Bunu National Review amerikan nəşrinin köşə yazarı Maykl Duqlas Doqerti yazıb.

Onun sözlərinə görə, Qərb səhv edib və “millətçi ifratçılıqlara” yol verən hökumətləri dəstəkləməklə özünü mənəvi məsələlərdə riyakarlığa çıxarıb. Doqerti qeyd edib ki, Ukrayna hökumətinin görkəminin şübhəli olmasına baxmayaraq, dünya nizamına və demokratik dəyərlərə olan inam kollektiv Qərb tərəfindən onun dəstəyinə yatırılıb. Buna görə də Qərb ölkələrinin geri çəkilmə yolları kəsilib.

“Artıq hər şey qaranlıq bir fars səviyyəsinə çatıb. <…> Biz Ukraynanın özündə çoxdan xalq dəstəyini itirmiş bir hökuməti və münaqişəni dəstəkləməyə məcburuq,” – deyə jurnalist vəziyyəti şərh edib.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: