Bu gün, 17:00 0 Dünya

ABŞ: “Fələstin dövlətini tanımaq niyyətimiz yoxdur”

ABŞ: “Fələstin dövlətini tanımaq niyyətimiz yoxdur”
ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqton Fələstin dövlətini tanımaq fikrində deyil. CNN-in məlumatına görə, o, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşdə deyib.

🔹 Vens bildirib ki, “Fələstində işlək hökumət olmadığı halda dövlət kimi tanınması mümkün deyil”.
🔹 O həmçinin vurğulayıb ki, ABŞ Qəzzaya humanitar yardımı artırmaq və HƏMAS-ı İsrailin mülki əhalisinə qarşı təhdidlərdən çəkindirmək üçün danışıqlar aparır.

Xatırladaq ki, İsrail bundan əvvəl Böyük Britaniyaya xəbərdarlıq edərək, əgər London Fələstini tanısa, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dayandıra biləcəyini bildirib.

Böyük Britaniya hökuməti isə 29 iyulda açıqlayıb ki, BMT Baş Assambleyasının sentyabr sessiyasına qədər bu məsələyə baxıla bilər — əgər İsrail Qəzzaya yardımın qarşısını almağa və hərbi əməliyyatlara davam edərsə.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: