Qoxu və cazibə: Parfümün gücü və onun təsiri

Çox zaman insanlar haqqında ilk təəssürat yaratmaqda, necə qoxuduğunuz mühüm rol oynayır. Buna görə də, bəzən stil, makiyaj və düzgün nitq belə yetərli olmaya bilər. Bu prinsip yalnız işgüzar əlaqələrdə deyil, həm də qarşı cinslə ünsiyyətdə də işləyir.
Bəziləri kişilərin, havada cazibədar notları hiss etdikdə necə aşiq olduğunu eşitmiş ola bilər. Filmlərdən, kitablardan və ya dostlarınızın hekayələrindən, tərəfdaşların qoxudan necə həvəsə gəldiyini də yaxşı bilirsiniz. Doğrudan da, düzgün seçilmiş ətir möcüzələr yarada bilər: cinsi əlaqəni daha ehtiraslı edə bilər, görüşləri isə səbirsizliklə gözlənilən hala gətirə bilər.
Feromonların gücü: cəzbedici ətirlər — mif, yoxsa reallıq?
Feromonlar insan bədəninin təbii şəkildə ifraz etdiyi kimyəvi maddələrdir və onlar ətrafdakılara gizli siqnallar göndərə bilər. Bu mexanizm heyvanlar aləmində geniş tanınsa da, insanlarda feromonların həqiqi təsiri elmi baxımdan hələ də tam sübuta yetirilməyib.
Müasir ətir istehsalçıları bəzən məhsullarına "feromon əlavələri" edərək onların qarşı cinsə təsir gücünü artırdığını iddia edir. Lakin bu marketinq addımının elmi əsası hələ də müzakirəlidir.
Bir çox insan düşünür ki, parfüm seçərkən müəyyən bir "universal düstur" mövcuddur: "Əgər mən onun istifadə etdiyi parfümü alarsam, doğru kişini cəlb edəcəyəm." Lakin bu belə deyil. Fərqli insanlar üzərində eyni qoxular fərqli şəkildə yayılır və müxtəlif nəticələr əldə edilir.
Bu halda, parfüm seçiminiz yalnız sizə xas olmalı və bədən kimyanızla uyğun olmalıdır. Yaxşı parfüm doğru zaman və şəraitdə xüsusi təsir göstərərək ətrafınızdakıları özünə cəlb edə bilər.
Əksər hallarda, parfümün düzgün seçilməsi insanların bir-birilə olan münasibətlərində vacib rol oynayır. Çünki ətriniz təkcə fiziki cazibə deyil, həm də emosional təsir yaratmağa qadirdir. Hər bir insanın dərisi və bədən kimyası fərqlidir, buna görə də parfüm bir şəxsin üzərində fərqli şəkildə hiss olunur. Məsələn, eyni parfüm birində şirin və cəlbedici, digərində isə ağır və sakit təsir bağışlaya bilər.

Bəzi tədqiqatlar, ətrinin insanın davranışlarına və psixoloji vəziyyətinə təsir etdiyini göstərib. Bu səbəbdən də parfüm seçərkən öz bədən kimyanızı və həyəcan yaratmaq istədiyiniz insana necə təsir edəcəyini nəzərə almaq vacibdir.
Yəni, bəzən bir insanın seçdiyi parfümün səbəbi təkcə onun öz istəyi və zövqü deyil, həm də başqalarına necə təsir etməyi arzusudur. Fərqli ətrlər, fərqli hisslər yaradır, buna görə də ətrinizin cəlbedici və cazibədar olması üçün öz bədən kimyanızı nəzərə alaraq doğru seçimi etməyə çalışın.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 20:00
Senegalin Birinci Xanımı Türk Mətbəxində
Sağlamlıq
Bu gün, 18:00
Şəkəri Unudun, Aralıq Dənizi Pəhrizinə Keçin
Türk dünyası / Türkiyə
Bu gün, 16:00
Numan Kurtulmuş TBMM sədrliyinə üçüncü dəfə seçildi
Cəmiyyət
Bu gün, 15:31
Yeni metro stansiyası istifadəyə veriləcək
Mədəniyyət
Bu gün, 14:30
Laçında möhtəşəm atəşfəşanlıq - FOTO
Populyar Xəbərlər
Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Daxili işlər naziri Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
19 dəqiqəlik alqış — Kann Film Festivalının emosional şah əsəri - FOTO
Sabir Rüstəmxanlı – Əbədi Sevginin və Milli Ruhun Səsi