Dünən, 17:30 0 Maraqlı

Dünyanın ən yaşlı sakini uzunömürlüyün SİRRİNİ AÇIQLADI

Dünyanın ən yaşlı sakini uzunömürlüyün SİRRİNİ AÇIQLADI
Böyük Britaniyada yaşayan Etel Katerhem Yer kürəsinin ən yaşlı sakini kimi adını tarixə yazıb – o, 116 yaşını qeyd edib. Bu barədə Sky News məlumat yayıb.

Yubiley günündə Katerhem mətbuatla danışmaqdan imtina edərək, onu “sakit ailə mühitində” keçirməyi üstün tutub.

Etel 21 avqust 1909-cu ildə Hampshire qraflığında anadan olub. O, həyat yoldaşını və iki qızını çoxdan itirib, lakin özü möhkəm iradəsi və uzunömürlülüyü ilə yadda qalıb.

Daha əvvəl qadın uzun ömür sirrini bölüşərək demişdi ki, əsas açar pozitiv düşüncə və hər şeydə ölçü gözləməkdir. Onun məsləhəti sadədir: yeni imkanlardan heç vaxt qaçmayın və həmişə onlara “bəli” deyin.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: