Qırışları tezləşdirən 5 gündəlik vərdiş
 
        Üzdə qırışların yaranmasını ləngitmək üçün düzgün dəriyə qulluq vacibdir. Amma bundan az önəmli olmayan məsələ gündəlik vərdişlərdən uzaq durmaqdır, çünki onlar bu prosesi sürətləndirə bilər. “Qazeta.ru”ya danışan “SM-Kosmetologiya” klinikasının həkim-kosmetoloqu Yana Katina qırışların vaxtından əvvəl yaranmasına səbəb olan 5 vərdişi sadalayıb.
1. Günəşdən qorunmamaq
Kosmetoloqa görə, qırışların əsas səbəblərindən biri ultrabənövşəyi şüalardır (UVA və UVB). Onlar dəridə kollagen və elastini məhv edir, fotoyaşlanma – dərin qırışlar, ləkələr, quruluq və tonusun itməsi yaradır. Günəşdən qorunma yalnız yayda deyil, hər gün vacibdir. Həkim 365 gün boyunca SPF 30+ (ideal olaraq 50+) kremlərdən istifadənin mütləq olduğunu vurğulayır – hətta maşında və ya ofisdə pəncərə yanında oturarkən belə.
2. Üz üstə və ya yanda yatmaq
Gecə boyu üzün yastığa sıxılması dərini “bükür” və zamanla qalıcı qırışlara çevirir. Bunlar xüsusən alın, yanaq və dekolte nahiyəsində görünür. Həkim arxası üstə yatmağı, ipək və ya atlas üzlüklü yastıq istifadəsini, eləcə də ortopedik yastıqları məsləhət görür.
3. Çox mimika və gözləri qıymaq
Həddindən artıq mimika – günəşdə və ya eynəksiz gözləri qıymaq, alnı yığmaq – dərin mimik qırışlara (“qazayağı”, qaşarası, alında xətlər) səbəb olur. Bunun qarşısı üçün UV filtri olan gün eynəklər taxmaq, üz ifadəsini idarə etmək, lazım olduqda oftalmoloqa müraciət etmək və ya botulinoterapiyadan istifadə etmək məsləhətdir.
4. Dərini düzgün təmizləməmək
Kosmetoloq qeyd edir ki, makiyajla yatmaq və ya aqressiv təmizləyicilər (spirtli toniklər, sərt skrablar) istifadə etmək dərinin qoruyucu baryerini zədələyir. Bu isə quruluq, iltihab və sürətli qırışlanmaya gətirib çıxarır. Ən doğru üsul iki mərhələli təmizləmədir: əvvəl makiyajı micellar suyu/yağ/balzamla silmək, sonra yumşaq köpük və ya gel ilə yumaq. Ardınca tonik, nəmləndirici və qidalandırıcı krem tətbiq olunmalıdır.
5. Siqaret və alkoqol
Siqaret və alkoqol dərinin vəziyyətinə ən çox zərər vuran amillərdəndir. Siqareti tərgitmək mümkün deyilsə, əlavə qulluq tədbirləri vacibdir: antioksidant serumlar (C vitamini), nəmləndirmə, kollagen stimulyatorları (retinol, peptidlər – yalnız kosmetoloqla məsləhətləşdikdən sonra).
Ulusum.az
 
Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
		 18-12-2024, 14:30
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
	
	 3-07-2025, 17:00
	
		Yay fəsli — təbiətin ən canlı, günəşin ən parlaq vaxtıdır. Lakin bu gözəllik dərimiz üçün böyük sınaqdır: günəşin
	
	 15-07-2025, 15:00
	
		Dəri xərçəngi, günəşdən qorunma və erkən diaqnoz vasitəsilə qarşısı alınabilən bir təhlükədir. Mütəxəssislər UV
	
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
	Şokoladlı-kəsmikli zapekanka
		---
		
			 Dünən, 10:00
			
	Tez   Hazırlanan Peçenye Resepti. -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO