Bu gün, 15:30 0 Hadisə

Astara faciəsi: motosikletçi qəza yerində həlak oldu

Astara faciəsi: motosikletçi qəza yerində həlak oldu
Astara rayonunda baş vermiş yol qəzası nəticəsində bir motosikletçi həlak olub. Hadisə Züngüləş kəndində qeydə alınıb.

İlkin məlumata görə, Ərçivan qəsəbə sakini Hüseyn Əliyev (1995-ci il təvəllüdlü) idarə etdiyi motosikletin sükanına nəzarəti itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılıb. Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: