ABŞ-da "ən yaşlı körpə" doğuldu

MIT Technology Review yazır ki, ABŞ-da 1994-cü ildən bəri dondurulmuş şəkildə saxlanılan embriondan uşaq dünyaya gəlib. Taddeus Daniel Pirs adlı körpə 26 iyulda doğulub. Onu dünyaya gətirən qadın, embrionu illər əvvəl dondurmaq qərarı verən qadın deyil. Maraqlısı budur ki, oğlanın bioloji valideynlərindən olan 30 yaşında bir bacısı da var.
Yeni doğulan körpə artıq “ən yaşlı körpə” adlandırılır. Embrionu illər əvvəl klinikaya bağışlayan 62 yaşlı Linda Arçerd bu hadisəni “surrealist” adlandırıb. O, vaxtilə təbii yollarla ana ola bilmədiyi üçün süni mayalanma (EKO) texnologiyasından istifadə edib. Həkimlər onun yumurtalarından dörd embrion əldə ediblər, lakin həyat yoldaşı yalnız bir uşağa razılıq verib. Nəticədə cütlük boşanıb.
Linda gələcəkdə başqa bir partnyorla uşaq sahibi olmaq ümidi ilə embrionları dondurub saxlamağa qərar verib. Zaman keçdikcə onun bədəni hamiləliyə uyğun olmayıb və o, embrionları digər cütlüklərə verməyi qərara alıb. Embrionların saxlanması üçün illik təxminən min dollar ödəyib. İndi isə o, bioloji oğlunun dünyaya gəlməsi ilə bu xərcin özünü doğrultduğunu deyir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq