Evin istiqamətinin sağlamlığa və ruh halına təsiri
Evin istiqamətinin sağlamlığa və ruh halına təsiri. Mühəndis-dizayner Vüsalə Həziyeva.
Mühəndis-dizayner Vüsalə Həziyeva ev seçərkən yalnız qiymət və dizayna yox, həm də evin yerləşdiyi istiqamətə ciddi önəm verməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə, xüsusilə evin şimal istiqamətinə baxması bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu istiqamət, xüsusilə reumatizm və digər oynaq xəstəlikləri olan insanlar üçün risk daşıyır və belə şəraitdə uzun müddət qalmaq məsləhət görülmür.
Vüsalə Həziyeva əlavə edir ki, evin içində otaqların yerləşməsi də təsadüfi olmamalıdır. Məsələn, yataq otağı, qonaq otağı və mətbəxin günəş işığı alması insanın enerjisini artırır, ruh halını yaxşılaşdırır və depressiya riskini azaldır.
Evdə təbi işığın düzgün paylanması və enerji axınının təmin olunması komfortlu və sağlam mühit yaradır.
Dizayner qeyd edir ki, bu məsələlərdə yanlış planlaşdırma uzun müddətdə narahatlığa və hətta sağlamlıq problemlərinə yol aça bilər. Ona görə də, ev alarkən mütəxəssis rəyi almaq və məkanın enerjisini nəzərə almaq çox önəmlidir.
"Düşər-düşməzlik" kimi görünən bu faktorlar, əslində məkanın enerji harmoniyası və funksionallığı ilə bağlıdır və insanın gündəlik həyat keyfiyyətini birbaşa təsir edir.
"Düşər-düşməzlik" kimi görünən bu faktorlar, əslində məkanın enerji harmoniyası və funksionallığı ilə bağlıdır və insanın gündəlik həyat keyfiyyətini birbaşa təsir edir.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Bu gün, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Bu gün, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Bu gün, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Bu gün, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Bu gün, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
